İş Prinsipi
RÜTUBƏTGÖTÜRMƏ SİSTEMLƏRİ
SKY Enerji, enerji səmərəliliyi və bərpa sahəsində sektorun tələbatlarına yüksək keyfiyyətli, etibarlı, ekoloji və iqtisadi həllər təqdim etmək məqsədilə milli və beynəlxalq bazarlarda fəaliyyət göstərmək üçün yaradılmışdır.
Dehutech rütubətqurudanları adsorbsiya prinsipi ilə havadakı su molekullarını tutan üstün desiccant rotor texnologiyası ilə təchiz edilmişdir. Silika jel əsaslı rotorun maksimum miqdarda su molekulunu adsorbsiya etməsini təmin etmək üçün inkişaf etmiş səth geometriyası mövcuddur.
Proses fanı tərəfindən yönləndirilən giriş havası rotor üzərində keçərkən içərisindəki su molekullarını bütün rotor səthi boyunca buraxır və rotorun digər tərəfindən quru hava olaraq çıxır. Doymuş silika jelin yenidən rütubət ala bilməsi üçün rotorun rejenere olunması tələb olunur.
Bu məqsədlə, reaktivasiya fanı vasitəsilə rotora eyni və ya tərs istiqamətdən isitilmiş hava üflənir. İsti havanın su molekullarını rotor səthindən sürətlə buxarlanması ilə rejenarasiya prosesi həyata keçirilir. Rotorun sürücü motoru yardımı ilə öz oxu ətrafında aşağı sürətlə fırlanması prosesin davamlılığını təmin edir. Anlıq olaraq rotorun təxminən %75-lik sahəsindən proses havası, %25-lik sahəsindən isə reaktivasiya havası keçir.
Proses sonunda isti və rütubətli reaktivasiya çıxış havası sistemdən egzoz edilərkən, quru hava tələb olunan nöqtəyə yönləndirilir.
Çox aşağı dew point dəyərlərinin tələb olunduğu spesifik tətbiqlərdə pre/post cooler-heater tətbiq olunan sistemlər və PLC ilə idarə olunan vahidlər vasitəsilə Dehutech AB müştərilərinə ən iqtisadi və yüksək performanslı sistemləri təmin edir.
DT 6000 və yuxarı modellərdə, rotor üzərində purge sektor tətbiqi ilə reaktivasiya prosesinin nəticəsində rotor səthində yaranan enerjinin bir hissəsi proses havasının ön isitilməsində istifadə olunur. Bu yolla bir tərəfdən reaktivasiya üçün sərf olunan enerji azaldılır, digər tərəfdən cihaz çıxışındakı quru havanın daha aşağı entalpiya səviyyəsində qalması təmin edilir. Bu xüsusiyyət quru hava çıxışına əlavə olunan soyutma batareyaları ilə proseslərdə soyutma üçün tələb olunan gücün azalmasını təmin edərək istifadəçilərə əlavə üstünlük verir.