Qaz Turbinlərində Soyutma
QAZ TURBİNLƏRİ GİRİŞ HAVASININ SOYUDULMASI
SKY Enerji, enerji səmərəliliyi və bərpa sahəsində sektorun tələbatlarına yüksək keyfiyyətli, etibarlı, ekoloji və iqtisadi həllər təqdim etmək məqsədilə milli və beynəlxalq bazarlarda fəaliyyət göstərmək üçün yaradılmışdır.
Qaz turbinləri, kompressor qanadları vasitəsilə xaricdən alınaraq sıxılan böyük həcmdə havanın yanacaqla birləşdirilməsi və bu şəkildə yaranan qarışımın uyğun şəraitdə yanması prinsipi ilə işləyirlər.
Xarici mühitin temperaturu yüksəldikdə, türbinə daxil olan havanın sıxlığı və bununla bağlı olaraq kütləvi axını azalır. Bu vəziyyət nisbətən daha az miqdarda qazın yanmasına səbəb olur və turbinin gücü sürətlə düşməyə başlayır.
Bu əlaqə, turbin istehsalçıları tərəfindən hazırlanmış performans diaqramlarında görüldüyü kimi, qış və yay aylarında müşahidə olunan çıxış gücü məlumatlarından da asanlıqla başa düşülə bilər.
Xarici mühit temperaturunun artmasının qaz turbininin yanacaq sərfiyyatına da mənfi təsiri mövcuddur. Yanma havasının kütləvi axınının azalması, qaz turbininin kombinə çevrim verimliliyinin də düşməsinə gətirib çıxarır.
Bir tərəfdən itirilmiş gücün bərpası və elektrik istehsalında il boyu yayılan balanslı modelin həyata keçirilməsi, digər tərəfdən isə səmərəliliyi artıraraq enerji istehsal xərclərinin optimallaşdırılması məqsədilə turbin giriş havası soyutma sistemləri tez-tez istifadə olunur.