Soyutma Sistemi İş Prinsipi

Soyutma Sistemi İş Prinsipi

QAZ TURBİNLƏRİ GİRİŞ HAVASININ SOYUDULMASI

 

İş Prinsipi

Media Tipli Evaporativ Soyutma Sistemi

Evaporativ soyutma, su ilə hava arasındakı istilik və kütlə ötürülməsi ilə baş verən təbii bir soyutma üsuludur. Uyğun şəraitdə hava ilə təması təmin olunan suyun havadan gizli istiliyi alması nəticəsində buxarlanıb hava ilə qarışması ilə yaranan soyuma effektidir.

 

İş Prinsipi

SİSTEM TEORİYASI

Evaporativ soyutmada proses adyabatik şəkildə baş verir; soyutma boyunca havanın entalpisi və yaş termometr temperaturu sabit qalır. Soyudulacaq havanın quru termometr temperaturu və nisbi rütubəti aparılacaq soyutmanın effektivliyini göstərir.

Evaporativ soyutma texnikasında suyun maksimum səviyyədə havaya buxarlanması və giriş havası temperaturunun mümkün qədər yaş termometr temperaturuna yaxınlaşdırılması məqsəd qoyulur.

Media tipli evaporativ soyutma vahidlərində su ilə havanın uyğun müddətdə və maksimum səviyyədə təmasda olması prinsipi əsasdır. Bu səbəbdən istifadə olunan evaporativ soyutma petekləri xüsusi səth geometriyası və materialı ilə suyun geniş səthdə sürətlə havaya buxarlanmasını təmin edir.

PROSES

Bu prosesin sonunda giriş havası nisbi rütubəti artmış və soyumuş vəziyyətdə petekdən çıxır. Qidalanma və blöf suyu axını, dövriyyə suyu keçiriciliyi, giriş havasının doyması dərəcəsi, temperatur-rütubət kimi göstəricilərin nəzarəti və izlənməsi ilə maksimum buxarlanma (evaporasiya) dəyərinə çatılır.

Media tipli evaporativ soyutma sistemləri sıfır damcı riski xüsusiyyəti ilə qaz turbinləri üçün tam təhlükəsiz soyutma təmin edir. Turbin istehsalçılarının və istifadəçilərin fogging və digər püskürtmə üsulları yerinə media tipli evaporativ soyutma sistemlərini seçmələrinin əsas səbəblərindən biri də budur.