Qaz Turbinlərinin Giriş Havasının Soyudulması Sistemləri
QAZ TURBİNLƏRİ GİRİŞ HAVASININ SOYUDULMASI
SKY Enerji, enerji səmərəliliyi və bərpa sahəsində sektorun tələbatlarına yüksək keyfiyyətli, etibarlı, ekoloji və iqtisadi həllər təqdim etmək məqsədilə milli və beynəlxalq bazarlarda fəaliyyət göstərmək üçün yaradılmışdır.
Qaz turbinlərinin giriş havasının soyudulması, dünya üzrə bütün turbin istehsalçıları tərəfindən tövsiyə olunur və istifadəçilər üçün bir çox üstünlüklər təmin edir.
SKY Enerji olaraq, bu sahədəki tətbiqlərimizi alternativ soyutma sistemlərinə nisbətən daha çox üstünlükləri olan və turbin istehsalçılarının seçimində birinci sırada yer alan media tipli evaporativ soyutma sistemləri ilə həyata keçiririk.
Dünya üzrə qaz turbinlərinin giriş havası tətbiqlərinin 70%-dən çoxunda media tipli evaporativ soyutma sistemləri mövcuddur.
Şirkətimiz, təcrübəli və peşəkar mühəndis heyəti ilə hər tip və gücdə olan qaz turbinlərinə media tipli evaporativ soyutma sistemi quraşdırır.
SKY Enerji indiyədək həyata keçirdiyi çoxsaylı tətbiqlərlə öz sahəsində lider mövqedədir. Tətbiqlərimizin əsas dizayn meyarı təhlükəsiz istismar şəraiti və maksimum sistem səmərəliliyidir.
SKY Enerji olaraq, bu sahədəki fəaliyyətlərimizi fizibilite / texniki analiz, dizayn, layihələndirmə, istehsal, inteqrasiya, montaj, işə salma, performans testləri və təlim fəaliyyətlərini əhatə edən açar təhvil (turnkey) qurulum kimi həyata keçirir, satış sonrası servis xidmətlərini ilin 365 günü fasiləsiz təqdim edirik.
Satış və qurulumdan əvvəl hazırladığımız ətraflı texniki və maliyyə hesabatları sistemin gəlirlərinin qiymətləndirilməsi mərhələsində müştərilərimizə kömək edir. Data bazamızda mövcud olan hər model qaz turbininə aid xarakterik göstəricilər və geniş spektrli meteoroloji məlumat bazamız vasitəsilə apardığımız işlər investisiya üçün ediləcək qiymətləndirmələrdə müştərilərimizə istiqamət verir.
SKY Enerji tərəfindən həyata keçirilən tətbiqlərdə yüksək səmərəlilik və uzunmüddətli istifadənin təmin olunması məqsədilə soyutma sistemi komponentlərinin hamısı birinci dərəcəli materiallardan hazırlanır və istifadə olunur.
Qaz turbininin filtr evi mövcud konstruksiyası, hava giriş filtrlərinin yerləşməsi, filtr evinin statik quruluşu, istismar şəraiti, meteoroloji məlumatlar, qaz turbininin spesifikasiyaları, istifadə suyu xüsusiyyətləri, maksimum buxarlanma və minimum təzyiq itkisi əsas dizayn meyarlarını təşkil edir.
Soyutma sisteminin yerləşməsi, filtr evi quruluşu və istismar şəraitinə görə giriş hava filtrlərinin önü, arası və ya arxası ola bilər. Retrofit sistem qurulumlarımızda filtr evi – soyuducu modullar arasında optimal inteqrasiyaya imkan verəcək konstruksiya planları tətbiq edilir.
Soyutma sisteminin filtr evinə inteqrasiyası filtr evinin orijinallığını qoruyaraq dizayn edilir, istifadə olunan dəstək konstruksiyası ən yaxşı struktur statikasına uyğun olaraq müvafiq profilli polad materialdan hazırlanır. Korroziyaya qarşı uzunmüddətli qorunma təmin etmək üçün isti daldırma galvaniz və ya epoksi boya üsullarından istifadə olunur.
Soyutma sistemindəki bütün əsas və köməkçi avadanlıqlar üçün birinci dərəcəli, təhlükəsiz və uzunömürlü məhsullardan istifadə olunur. Soyuducu modullar və köməkçi avadanlıqların hamısı paslanmayan poladdan hazırlanmışdır və xarici mühit şəraitinə qarşı qoruyucu xüsusiyyətə malikdir.
Xüsusi həndəsi dizayna malik sellüloz və ya şüşə yunundan hazırlanan soyuducu media böyük səth sahəsi ilə maksimum buxarlanmanı təmin edir. Xüsusi səth örtüyü aşırı mühit şəraiti və mikroorqanizmlərə qarşı olduqca təsirli qoruma təmin edir.
Həyata keçirdiyimiz quraşdırmalarda, xarici mühit və soyutma sonrası şərait nəzarət vahidi vasitəsilə davamlı izlənilir; temperatur, rütubət, keçiricilik, təzyiq, axın, su səviyyəsi və s. göstəricilər əsasında tam avtomatik idarəetmə təmin olunur. İstəyə bağlı olaraq, istismar nəzarət otağına ani data transferi və internet bağlantısı vasitəsilə sistem məlumatlarının izlənməsi də soyutma sistemi xüsusiyyətlərinə daxildir.
Soyutma sistemi, filtr evi mövcud yürüyüş yollarına asanlıqla inteqrasiya edilə biləcək şəkildə qurulur. Sistem avadanlıqlarına ən təhlükəsiz və rahat şəkildə çatmaq üçün platforma, yürüyüş yolu, qoruyucu məhəccər və pilləkən təmin edilərək tam təhlükəsiz əməliyyat təmin olunur.