Sosial Məsuliyyət

Sosial Məsuliyyət

 

Davamlı Gələcək, Məsuliyyətlə Qurulur!

Təbiətə Hörmət, Cəmiyyətə Dəyər

SKY Enerji olaraq inanırıq ki, davamlı gələcək yalnız iş dünyasındakı uğurlarla deyil, həm də cəmiyyətə və ətraf mühitə edilən töhfələrlə mümkündür. Bu inamla sosial məsuliyyət layihələrinə önəm veririk və cəmiyyətə dəyər qatmaq, ətraf mühiti qorumağı hədəfləyirik.

Ətraf mühitə dost texnologiyalar inkişaf etdirərək enerji səmərəliliyini artırmaq və karbon izimizi minimuma endirmək üçün çalışır, iş etik prinsiplərinə sadiq qalaraq şəffaflıq, dürüstlük və hörmət prinsiplərinə uyğun şəkildə fəaliyyətimizi davam etdiririk.

Ətraf mühit bilincini artırmaq, gələcəyin enerji mütəxəssislərini yetişdirmək və gəncləri enerji səmərəliliyi mövzusunda məlumatlandırmaq üçün fəal şəkildə iştirak edir, yerli icmalarla əməkdaşlıq edərək sosial inkişafı dəstəkləyən layihələrə töhfə veririk.

ENERJİ SƏMƏRƏLİLİYİ

Enerji səmərəliliyi layihələrimizlə cəmiyyətə iqtisadi fayda təmin edərkən, sosial məsuliyyət anlayışımızla da dəyər yaratmağa davam edir və cəmiyyətin hər təbəqəsi üçün daha yaxşı bir həyat təqdim etməyi hədəfləyirik. 

SKY Enerji olaraq məsuliyyətimizin fərqindəyik və bu şüurla cəmiyyətə, ətraf mühitə və işçilərimizə qarşı həssaslığımızı qoruyaraq daha yaxşı bir gələcək üçün çalışmağa davam edirik.

ENERJİ SƏMƏRƏLİLİYİ